Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Rəsulov yanvarın 3-də saat 21 radələrində A.M.Şərifzadə küçəsində 2 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər – paytaxt sakinləri X.Məmmədova və əvvəllər məhkum olunmuş T.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
DiasporPress.az