Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Belarus Respublikası enerji idxalı zamanı istənilən alternativlərdən istifadə edə bilər.
D.Peskov bu barədə Aleksandr Lukaşenkonun “Exo Moskva” radiostansiyasının sualını cavablandırarkən “iki ölkənin razılığa gələ bilməyəcəyi təqdirdə Belarus kənarda enerji mənbələri axtaracaq” fikrinə münasibət bildirərkən deyib.
“Şübhəsiz ki, Belarus üçün Rusiya Federasiyası tərəfindən təklif olunan şərtlərdən daha əlverişli təkliflər varsa, onlar bundan istifadə etməkdə sərbəstdirlər. Rusiya Federasiyası öz müştərisinə zorla bazarda olan qiymətdən baha məhsul sırıyan ölkəyə oxşamaq istəmir”, – Putinin mətbuat katibi bildirib.
DiasporPress.az