Hazırda dövlət başçısının tapşırığı ilə Qarabağ regionunda yaşıl enerji zonasının yaradılması ilə bağlı iş gedir.
Bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulur ki, regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq: “Bu ilk növbədə su elektrik stansiyalarıdır. Eyni zamanda, biz Qarabağ regionunda günəş və külək enerji ilə bağlı da iş aparıırıq”.
DiASPORPRESS.AZ