Rusiya Federasiyasının Perm vilayətinin müxtəlif bölgələrində,o cümlədən Perm şəhərində qanlı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
DiasporPress.az xəbər verir ki,Diaspor üzvlərindən ibarət tədbir iştirakçıları səhər saatlarında Permdə yerləşən 3 məscidə gələrək torpaqlarımızın,azadlığı və süverenliyimiz uğurunda canını fəda edən şəhidlərin ruhuna dualar oxuyublar,namaz qılıblar.
Sonra azərbaycanlılarla bərabər digər xalqların diaspor nümayəndələrinin də qatıldığı anım mərasimi rəsmi hissə ilə davam edib.Prem Dövlət kitabxanasında “20Yanvar-Qanlı faciə” adlı elmi-praktik konfrans şəklində keçirilən tədbiri “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti”İctimai Təşkilatının sədri Çingiz İsayev açıq elan edib.Ardınca fotolardan ibarərt stendlərə baxış keçirilib və Qanlı Yanvar faciəsinə həsr olunan sənədli filim nümayiş olunub.
Daha sonra “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti”İctimai Təşkilatının sədri Çingiz İsayev Sovet ordusunun və onların içərsində gələn ermənilərin Bakıda törətdikləri vəhşiliklər haqqında geniş məlumat verib.
Perm vilayətində yaşayan azərbaycanlı gənclərin nümayəndəsi Rəşad Əkbərov,Ağsaqqallar şurasının sədri İsmayıl Abdullayev və digər diaspor üzvləri də o zamankı SSRİ rəhbəri Mixail Qarbaçovun bilavasitə tapşırığı ilə günahsız,əliyalın insanlara qarşı edilən amasnızlıqlardan danışıblar.20 Yanvar hadisələrini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi, millətin birlik və həmrəylik ifadəsi kimi qiymətləndiriblər.