İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola antirekorda imza atıb.
DiasporPress.az məlumatına görə, ispaniyalı mütəxəssisin yetirmələri Premyer Liqanın 12 turundan sonra 25 xal toplayıb.
Bu, P.Qvardiolanın karyerasında ən aşağı göstəricidir. 2008-12-ci illərdə İspaniyada “Barselona”, 2013-16-cı illərdə Almaniyada “Bavariya” və 2016-cı ildən indiki klubunu çalışdıran mütəxəssisin komandaları heç vaxt ilk 12 turda belə az xal toplamayıb.
Qeyd edək ki, XII turda “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb və liderdən 9 xal geri qalır.
DiasporPress.az