Dünya

Paşinyan bu gün Putinlə görüşür

Paşinyan bu gün Putinlə görüşürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.

Diasporpress.az xəbər verir ki, “Jogovurd” qəzetinin yadığına görə, baş nazirin istefa verib-verməməsi məsələsinin Yerevanın daxili işi olduğunu hər zaman bəyan edən rəsmi Kreml bu dəfə Ermənistanda erkən seçki məsələsinin Moskvada da müzakirə olunacağını gizlətmir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dünən bildirib ki, Putin və Paşinyan Ermənistandakı seçki prosesi, eləcə də Ermənistanla Rusiya arasında “sıx əməkdaşlıq” la əlaqəli digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

İki gün öncə Vladimir Putinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla söhbət etdiyini və sonuncunun Moskvada olduğunu nəzərə alsaq, Ermənistanla bağlı vəziyyət daha maraqlıdır.

BÜNYAMİN BÜNYADZADƏ

Diasporpress.az