Dünya

“Paşinyan bilirdi ki, müharibə olmalıdır” – Lena Nazaryan

“Paşinyan bilirdi ki, müharibə olmalıdır” – Lena Nazaryanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Köçəryan və Sarkisyan hakimiyyətlərini ittiham edib. 

Vitse-spiker Paşinyanın sələflərinin Qarabağ münaqişəsi ilə bağlı sonucun heç də yaxşı olmayacağını bilirdilər.

“Əvvəlki hakimiyyətlər bunun belə olacağını bilirdilər, ona görə də qəsdən məsələni şişirdərək bizi torpaqları təslim etməkdə günahlandırırlar.

Halbuki, 2014-2015-ci illərdə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın razılığı ilə 7 bölgənin Azərbaycana qaytarılması barədə beynəlxalq konsesnsus mövcud idi. Bu konsensus birmənalı idi və dyişdirilə bilməzdi. Çünki ATƏT-in Minsk Qrupu uzun illərdir fəaliyyət göstərirdi və nəhayət, bu fəaliyyətin nəticəsi olmalıydı.

Əvvəlki səlahiyyətlilər bunu yaxşı bilirdilər. Ona görə də status-kvonu sonsuza qədər uzatmaq strategiyasını seçdilər.

Ancaq bu prinsipləri müddətsiz təxirə salmaq mümkün deyil. İqtidara gəldiyimiz zaman bizə qarşı ilk ittiham “torpaq təslim edilməsi” ilə bağlı oldu. Əlbəttə ki, onlar (Köçəryan və Sarkisyan- red.) bizə nə qoyub getdiklərinin fərqində idilər. Onların uzaqgörənliyinin sirri də məhz bundadı”, – deyə Lena Nazaryan vurğulayıb.

Vitse-spiker əlavə edib ki, Paşinyan üzərinə hansı yükü götürdüyünü anlayırdı. Nazaryanın sözlərinə görə, Paşinyanın Baş nazir seçildikdən sonra ilk səfərini Xankəndinə etməsi təsadüfi olmayıb. O, Ermənistanın və separatçı rejimin təhlükəsizliyinin gücləndirilməsini təklif edib. “Bu iş bir qədər sərt şəkildə aparıldı. Ona (Paşinyana-red) aydın idi ki, ya 7 rayon təhvil verilməlidir, ya da müharibə olmalıdır. Baş nazir səmimi şəkildə düşünürdü ki, Dağlıq Qarabağa status verilmədən 7 rayonu təhvil vermək Ermənistanın maraqlarına ziddir”, – deyə vitse-spiker vurğulayı

Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Köçəryan və Sarkisyan hakimiyyətlərini ittiham edib. 

Yenisabah.az xəbər verir ki, vitse-spiker Paşinyanın sələflərinin Qarabağ münaqişəsi ilə bağlı sonucun heç də yaxşı olmayacağını bilirdilər.

“Əvvəlki hakimiyyətlər bunun belə olacağını bilirdilər, ona görə də qəsdən məsələni şişirdərək bizi torpaqları təslim etməkdə günahlandırırlar.

Halbuki, 2014-2015-ci illərdə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın razılığı ilə 7 bölgənin Azərbaycana qaytarılması barədə beynəlxalq konsesnsus mövcud idi. Bu konsensus birmənalı idi və dyişdirilə bilməzdi. Çünki ATƏT-in Minsk Qrupu uzun illərdir fəaliyyət göstərirdi və nəhayət, bu fəaliyyətin nəticəsi olmalıydı.

Əvvəlki səlahiyyətlilər bunu yaxşı bilirdilər. Ona görə də status-kvonu sonsuza qədər uzatmaq strategiyasını seçdilər.

Ancaq bu prinsipləri müddətsiz təxirə salmaq mümkün deyil. İqtidara gəldiyimiz zaman bizə qarşı ilk ittiham “torpaq təslim edilməsi” ilə bağlı oldu. Əlbəttə ki, onlar (Köçəryan və Sarkisyan- red.) bizə nə qoyub getdiklərinin fərqində idilər. Onların uzaqgörənliyinin sirri də məhz bundadı”, – deyə Lena Nazaryan vurğulayıb.

Vitse-spiker əlavə edib ki, Paşinyan üzərinə hansı yükü götürdüyünü anlayırdı. Nazaryanın sözlərinə görə, Paşinyanın Baş nazir seçildikdən sonra ilk səfərini Xankəndinə etməsi təsadüfi olmayıb. O, Ermənistanın və separatçı rejimin təhlükəsizliyinin gücləndirilməsini təklif edib. “Bu iş bir qədər sərt şəkildə aparıldı. Ona (Paşinyana-red) aydın idi ki, ya 7 rayon təhvil verilməlidir, ya da müharibə olmalıdır. Baş nazir səmimi şəkildə düşünürdü ki, Dağlıq Qarabağa status verilmədən 7 rayonu təhvil vermək Ermənistanın maraqlarına ziddir”, – deyə vitse-spiker vurğulayıb.

Diasporpress.az