Parlamentin iclası təxirə salındı

Parlamentin iclası təxirə salındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 21-də Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah – iyunun 23-də bəlli olacaq.

Bu barədə  parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, deputat Sahib Alıyevın koronavirusa yoluxması məlum olduqdan sonra digər deputatlardan da test nümunələri götürülüb.

 

DiasporPress.az