Ölkə

Parlamentdə spikerlə deputat arasında mübahisə yaranıb

Parlamentdə spikerlə deputat arasında mübahisə yaranıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə işsizliklə bağlı dinləmənin keçirilməsi təklif edilib.

bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edib.

Onun sözlərinə görə, ölkədəki işsizliklə bağlı müvafiq qurumlar parlamentə dəvət olunmalı və bu məsələlərə aydınlıq gətirilməlidir”.

“Bu qədər qanun qəbul edilir. Ancaq ortada bir şey yoxdur. Mən başa düşə bilmirəm ki, özünüməşğulluq nə deməkdir? İnsan özü-özünü necə məşğul edə bilər? Biri çıxıb buna aydınlıq gətirsin”, – deputat bildirib.

S.Rüstəmxanlı vurğulayıb ki, bu qanunlarla heç nəyi dəyişmək mümkün deyil: “Gurultulu adlar altında qanun qəbul edirik, amma ortada heç nə yoxdur. Onsuz da dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada heç nə yoxdur”.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, heç bir qanun burada gurultulu qəbul olunmur: “Siz elə dediniz ki, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur. Ölkədə bu qədər işlər görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur. Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.

Sabir Rüstəmxanlı spikerin çıxışına etiraz edib.

Sədr isə cavabında bildirib ki, heç kimin fikri təhrif olunmur: “Mən indiyədək heç kimin fikrini təhrif etməmişəm. Buna nə mənim özüm, nə tərbiyəm yol verər”.