Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Bakıdakı gecəqondularla bağlı problemi qabardıb.
Diasporpress.az xəbər verir ki, deputat Bakının bir çox yerlərində olan gecenqondularda yaşayan insanların taleyinə toxunub:
“Bakıdakı gecenqondularda yaşayanlar müxtəlif yerlərindən gəlib yaşayırlar. Onlar məcburi köçkün deyillər. Biz necə edək ki bu insanlar öz dədə-baba torpaqlarında gedib mal-qaralarını saxlasınlar. Bakıya baxanda bir gecəqondu şəhəri olduğunu görmək olar. Bu problem çözülməlidir. Qarabağ məsələsini həll etdiyimiz kimi bu gecəqondu problemini aradan qaldırmalıyıq”
Fazil Mustafa bələdiyyə sistemindən narazılığını da bildirib:
“Bir ölkədə bələdiyyə qərar verə bilmirsə, onun fəaliyyəti dayandırılmalıdır. Onların verdikləri qərara icra hakimiyyəti baxmır. Bu məsələ də həll olunmalıdır”
Diasporpress.az