Diaspor

PARLAMENT SƏDRİ: ŞİMALİ KİPR XALQI HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR!

PARLAMENT SƏDRİ: ŞİMALİ KİPR XALQI HƏR ZAMAN AZƏRBAYCANIN YANINDADIR!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şimali Kipr Türk Cumhuriyəti Parlamentinin sədri Təbərrükə Uluçay Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və cəmiyyətin üzvlərini Məclis Şərəf salonunda qəbul edib.

Diasporpress.az xəbər verir ki, görüşdə əvvəlcə çıxış edən cəmiyyət sədri bildirib ki: “Azərbaycan müstəqillik əldə etdiyi 1990-cı illərdən etibarən iki qardaş xalq arasında münasibətlər formalaşmağa başlamışdır. Bu gün artıq Şimali Kiprdə 300-ə yaxın azərbaycanlı tələbə ali təhsil almaqdadır. Eyni zamanda ali təhsil ocaqlarında 40-a yaxın azərbaycanlı professor-müəllim heyəti çalışmaqdadır. Onlar Şimali Kipr Türk Respublikasının ictimai-elmi mühitində olduqca faydalı fəaliyyətlər sərgiləməkdədirlər. Şimali Kiprdə 100-dən çox azərbaycanlı ailə yaşayır. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Azərbaycan dövlətinin qayğısını daim hiss edir. Xüsusi ilə Covid-19 pandemiyasının yaşandığı bu çətin günlərdə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin dəstəyi ilə yardıma ehtiyacı olan ailələrə maddi-mənəvi dəstək gösdərilib. Onların məişət problemləri ilə yaxından maraqlanıb, həllinə nail olunub. Cəmiyyət olaraq daima yerli dövlət qurumlarından qayğı və dəstək görmüşük. Məqsədimiz xalqlarımız arasında mədəni əlaqələri daha da inkişaf etdirməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini geridə qoyduğunu, uzun illərdir bütün bölgəni təhdid edən problemi Azərbaycan prezidenti cənab İlham Əliyevin və xalqın iradəsi ilə çözüldüyünü sevinc hissi ilə ifadə edirik”. Parlament sədri Təbərrükən Uluçay Orxan Həsənoğluna, Azərbaycan tarixində çox önəmli günlərin yaşandığı bir zamanda ölkə parlamentinə etdikləri bu anlamlı ziyarət məqsədi ilə təşəkkür edib. Uzun illərdir Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin iki qardaş xalq arasında əlaqələrin gücləndirilməsində faydalı olduğunu ifadə edib. Təbərrükə Uluçay xüsusi olaraq vurğulayıb ki: “Mən bir neçə dəfə Azərbaycana rəsmi səfər etmişəm. Türk Ölkələrinin parlament rəhbərləri ilə Bakı şəhərində müxtəlif tədbirlərdə olmuşam. Azərbaycan olduqca gözəl bir ölkədir. Xalqlarımız arasında milli-mənəvi bağlar mövcuddur. Sizin Şimali Kiprdə həyata keçirdiyiniz fəaliyyətlər bu bağları daha da gücləndirir. Biz Sizin adada olmağınızdan mənunluq hissi keçiririk. Azərbaycana səfərim zamanı bir daha şahidi oldum ki, bizim ortaq dəyərlərimiz çoxdur. Biz orada çox isti münasibət ilə qarşılaşdıq. Azərbaycan Respublikası Milli Məclis sədri ilə təmaslarımız mövcuddur. Yaxın gələcəkdə bu münasibətləri inkişaf etdirməkdə maraqlıyıq. Dağlıq Qarabağda yaşanan bütün hadisələri yaxından izlədik. Azərbaycanın verdiyi haqlı mücadiləni dəstəkləyirik. İşğaldan azad edilən torpaqlara görə sevinc hissi yaşayırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır. İki ölkə arasında mədəniyyət, sənət, elmi, iqtisadiyyat və zaman-zamanda idman sahəsində münasibətləri inkişaf etdirmək istəyirik”,

Yaxın gələcəkdə Azərbaycanda Şimali Kipr Türk Cumhuriyəti ilə bağlı tədbirlər planladıqlarını dilə gətirən Orxan Həsənoğlu bu tədbirlərdə parlamentdə təmsil olunan siyasi partiya rəhbərlərini və eyni zamanda cənab Təbərrükən Uluçayı da görmək arzusunda olduqlarını dilə gətirib. Parlament sədri bütün projelərdə sevə-sevə yer alabiləcəkərini diqqətə çatdırıb. 2021-ci ildə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin hər iki ölkədə həyata keçirmək istədiyi tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

 

Diasporpress.az