Dünya

Parisdə müharibə qurbanlarına ithaf olunmuş tədbir təşkil edilib

Parisdə müharibə qurbanlarına ithaf olunmuş tədbir təşkil edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsinə ithaf olunmuş konsert keçirilib.

Tədbir Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun əməkdaşları, Fransa parlamentinin deputatları, yerli ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsertdə azərbaycanlı musiqiçilər Etibar Əsədli (piano), Səddam Novruzbəyov və fransız musiqiçisi Alba Obert (violon) çıxış ediblər. Musiqiçilər “Ay Laçın”, “Qubanın ağ alması”, “Sarı gəlin” kimi Azərbaycan xalq mahnılarını, Əli Səliminin “Ayrılıq” əsərini ifa ediblər. Konsertdə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi dövründə ifa etdiyi “Vətən yaxşıdır” mahnısı da səsləndirilib.

Tədbir çərçivəsində müharibə fəlakətləri ilə üzləşmiş soydaşlarımızın müsubətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.