Katoliklərin ruhani lideri və Vatikan rəhbəri Papa Fransisk İraqı ziyarət edən ilk Papa olacaq.
Diasporpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı Vatikan sözçüsü Matteo Bruni deyib.
“Pandemiya səbəbindən təxminən 16 aydır xarici səfərə gedilmirdi. Bu səyahət Papanın 33-cü xarici səfəri olacaq. Tarixdə ilk dəfə Papa İraqa gedir.
Eyni zamanda, Papa əhalisinin çoxu şiələrdən ibarət olan bir ölkəyə gedir”, – M.Bruni qeyd edib.
Vurğulanıb ki, Papa bu səyahətində zirehli maşınlara üstünlük verəcək.
Səyahət 5-8 mart tarixlərini əhatə edəcək.
Bünyamin Bünyadzadə
Diasporpress.az