Pakistanda sərnişin qatarındakı partlayışdan sonra baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
DiasporPress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Pəncab əyalətinin Liyakatpur şəhəri yaxınlığında qeydə alınıb.
Qatar Karaçidən Ravalpindiyə doğru hərəkət edirmiş.
10:37
Pakistanda sərnişin qatarında güclü yanğın olub.
DiasporPress.az xəbər verir ki, bu barədə “Geo TV” Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı azı 62 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Şirkət nümayəndəsinin sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. O, bildirib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub.
Güclü alov qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.
DiasporPress.az