Daşkənddə Özbəkistanın yeni konstitusiyasına uyğun olaraq 30 aprel 2023-cü il referendumu ərəfəsində Özbəkistanın Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin “Konstitusiya Bütün Özbəkistan vətəndaşlarının gələcəyinin təminatıdır!» iclası keçirilib.
Diasporpress.az xəbər verir ki, iclasda RAzMMM idarə heyətinin üzvləri və Gənclər Mərkəzinin fəalları iştirak ediblər.
Əvvəlcə RAzMMMnin İdarə Heyətinin sədri Mobil Yaqub oğlu Məmmədov “Konstitusiya Bütün Özbəkistan vətəndaşlarının gələcəyinin təminatıdır!» mövzusunda məruzə ilə cixiş edib.
M. Y. Məmmədov öz məruzəsində bunları deyib:
“Özbəkistanın respublika Azərbaycan Mədəniyyət Mərkəzi artıq 20 ildir ki, sərbəst və maneəsiz fəaliyyət göstərir. Respublikanın bütün ərazisində yaşayan 40 minlik Azərbaycan diasporu Özbəkistanın vahid xalqına daxildir.
Təsadüfi deyil ki, əsas Qanunun preambulasında xüsusi qeyd olunur ki, biz Özbəkistanın vahid xalqıyıq, burada bütün diasporların, millətlərin nümayəndələri Özbəkistan vətəndaşı kimi tamamilə bərabər hüquq və vəzifələrə malikdirlər.
Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum ərəfəsində biz, bütün Özbəkistan vətəndaşları kimi, əlbəttə ki, kənarda qala bilmərik. Axı bu sizin ölkənizdir, burada bir çoxumuz doğulub böyümüşük, uşaqlarımız və nəvələrimiz burada yaşayır. Biz də öz gələcəyini bu ölkə ilə bağlayan hər kəs kimi mühüm tarixi hadisəyə – Konstitusiya qanunu layihəsi üzrə referenduma biganə deyilik.
Ölkəmizin gələcək taleyinə biganə qalmayın! Hər kəsi yeni Özbəkistanın gələcəyi üçün aprelin 30-da keçiriləcək referendumda iştirak etməyə və fikirlərini bildirməyə çağırıram!»
Referendumda iştirakla bağlı çağırış nitqləri ilə RAzMMMnin idarə heyətinin üzvləri Niftəliyev Arif, Piriyeva Fatma, Əpliyev Tofiq çıxış ediblər.
İclasdan sonra RAzMMM nin Gənclər Mərkəzinin fəalları ” Konstitusiya Bütün Özbəkistan vətəndaşlarının gələcəyinin təminatıdır!” mövzu ilə bağlı videoçarx çəkiblər.