Dünya

Özbəkistanda güclü zəlzələ

Özbəkistanda güclü zəlzələbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Fərqanə şəhərinin 18 km cənubunda (əhalisi təxminən 164 min nəfərdir), 2 km dərinlikdə olub. Fərqanədə yeraltı təkanların gücünün 6 bala çatdığı qeyd olunur.

Özbəkistan Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnostik Monitorinq Mərkəzinin verdiyi məlumata görə, respublikanın əksər hissəsində baş verən 5,2 bal gücündə zəlzələnin episentri isə qonşu Qırğızıstanda olub.

İtki və dağıntılar barədə məlumat verilməyib.

 

Diasporpress.az