Diaspor

Ottovada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilib

Ottovada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada yaşayan azərbaycanlılar Ottova şəhərində “Parliament Hill” binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşqu ilə qeyd ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir.

Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.

 

Diasporpress.az