Ölkə

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilib

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş
“Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi tikintisi” layihəsi haqda ümumi məlumat

Layihənin adı Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi tikintisi
Qeyri-hökumət təşkilatının adı “Üçüncü Sektor” İctimai Birliyi
Qrant müqaviləsinin bağlanma tarixi 31 yanvar, 2020-ci il
Layihənin icrasının zəmini Bu layihə icra olunmazdan əvvəl, Xanəgah kəndində tibb məntəqəsi olmadığı üçün, ildə 2-3 dəfə Cəlilabad Mərkəzi Xəstəxanası tərəfindən kənd əhalisinin səyyar müayinəsi həyata keçirilirdi. Səyyar xidmət kənd əhalisinin evində və ya kənd bələdiyyəsində həyata keçirildiyi üçün xidmətdə müəyyən dərəcədə məhdudiyyətlər ortaya çıxırdı və buna görə də, kənd əhalisi tibbi xidmət üçün kənddən 35 km aralıda yerləşən Cəlilabad rayonu Mərkəzi Xəstəxanasına getmək məcburiyyətində idilər. Rayon mərkəzinə ictimai nəqliyyat vasitəsi ilə gediş mümkünsüz olduğu üçün kənd əhalisi taksi xidmətindən istifadə etməli idi, bu isə stabil gəliri olmayan kənd əhalisi üçün ağır iqtisadi yük idi. Bu problem həllinə böyük tələbat olsa da, yeni tibb məntəqəsinin inşası üçün tələb olunan məbləğin İcra Hakimiyyəti və yerli bələdiyyə tərəfindən qarşılanması iqtisadi cəhətdən imkansız olduğundan, QHT rəhbərliyi bu problemin həlli üçün Yaponiya hökumətinə müraciət etdi və sözügedən kənddə yeni tibb məntəqəsinin inşası üçün qrant yardımı aldı.
Məqsəd Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi inşa etməklə həmin kəndin əhalisinin tibbi xidmət şəraitinin yaxşılaşdırılması.
Layihədən bəhrələnənlər Cəlilabad rayonunun Xanəgah kəndinin əhalisi 1,100 nəfər, o cümlədən Cəlilabad rayonu Xanəgah kəndinin İcra Nümayəndəliyin idarəsinə tabe Türkelli kəndinin əhalisi 480 nəfər, qonşu Pərdi kəndinin əhalisi 1,200 nəfər, Çəmənli kəndinin əhalisi 500 nəfər, Mikayıllı kəndinin əhalisi 2,500 nəfər
Ümumilikdə təqribən 5,800 nəfər
Qrant məbləği 62,868 ABŞ dolları
Layihənin icrasının tamamlanması 2020-ci il avqust

Yaponiyanın Azərbaycandakı Səfiri cənab Vadanın rəyi

“Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Xanəgah kəndində yeni tibb məntəqəsi inşa edildi. Yeni tibb məntəqələrinin inşası nəticəsində sözügedən kəndin əhalisindən əlavə 4 kəndin əhalisinə göstərilən tibbi xidmət şəraitinin yaxşılaşdığını eşitdiyim üçün çox şad oldum. Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsinin verməyə davam edəcəyini düşünürəm.”

Yaponiya Səfirliyi Azərbaycan Respublikası

            

 

27 aprel, 2021-ci il

 

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş

Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi tikintisi” layihəsi haqda ümumi məlumat

 

Layihənin adı Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi tikintisi
Qeyri-hökumət təşkilatının adı “Üçüncü Sektor” İctimai Birliyi
Qrant müqaviləsinin bağlanma tarixi 31 yanvar, 2020-ci il
Layihənin icrasının zəmini Bu layihə icra olunmazdan əvvəl, Xanəgah kəndində tibb məntəqəsi olmadığı üçün, ildə 2-3 dəfə Cəlilabad Mərkəzi Xəstəxanası tərəfindən kənd əhalisinin səyyar müayinəsi həyata keçirilirdi. Səyyar xidmət kənd əhalisinin evində və ya kənd bələdiyyəsində həyata keçirildiyi üçün xidmətdə müəyyən dərəcədə məhdudiyyətlər ortaya çıxırdı və buna görə də, kənd əhalisi tibbi xidmət üçün kənddən 35 km aralıda yerləşən Cəlilabad rayonu Mərkəzi Xəstəxanasına getmək məcburiyyətində idilər. Rayon mərkəzinə ictimai nəqliyyat vasitəsi ilə gediş mümkünsüz olduğu üçün kənd əhalisi taksi xidmətindən istifadə etməli idi, bu isə stabil gəliri olmayan kənd əhalisi üçün ağır iqtisadi yük idi. Bu problem həllinə böyük tələbat olsa da,  yeni tibb məntəqəsinin inşası üçün tələb olunan məbləğin İcra Hakimiyyəti və yerli bələdiyyə tərəfindən qarşılanması iqtisadi cəhətdən imkansız olduğundan, QHT rəhbərliyi bu problemin həlli üçün Yaponiya hökumətinə müraciət etdi və sözügedən kənddə yeni tibb məntəqəsinin inşası üçün qrant yardımı aldı.
Məqsəd Cəlilabad rayonunun Xanəgah kəndində tibb məntəqəsi inşa etməklə həmin kəndin əhalisinin tibbi xidmət şəraitinin yaxşılaşdırılması.
Layihədən bəhrələnənlər Cəlilabad rayonunun Xanəgah kəndinin əhalisi 1,100 nəfər, o cümlədən Cəlilabad rayonu Xanəgah kəndinin İcra Nümayəndəliyin idarəsinə tabe Türkelli kəndinin əhalisi 480 nəfər, qonşu Pərdi kəndinin əhalisi 1,200 nəfər, Çəmənli kəndinin əhalisi 500 nəfər, Mikayıllı kəndinin əhalisi 2,500 nəfər 

Ümumilikdə təqribən 5,800 nəfər

Qrant məbləği 62,868 ABŞ dolları
Layihənin icrasının tamamlanması 2020-ci il avqust

 

Yaponiyanın Azərbaycandakı Səfiri cənab Vadanın rəyi

 

“Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Xanəgah kəndində yeni tibb məntəqəsi inşa edildi. Yeni tibb məntəqələrinin inşası nəticəsində sözügedən kəndin əhalisindən əlavə 4 kəndin əhalisinə göstərilən tibbi xidmət şəraitinin yaxşılaşdığını eşitdiyim  üçün çox şad oldum. Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsinin verməyə davam edəcəyini düşünürəm.”

 

 

Diasporpress.az