Diaspor

Oslodakı soydaşlarımız qalibiyyətimizi bayram ediblər

Oslodakı soydaşlarımız qalibiyyətimizi bayram ediblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin böyük qələbəsinə həsr olunmuş “Biz Qalibik!” adlı tədbir keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Oslodakı “Azərbaycan Evi”ndə təşkil edilən tədbir ölkəmizin dövlət himni ilə başlayıb.

“Azərbaycan Evi”nin sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev çıxış edərək həmyerlilərimizi və şagirdləri bu böyük qələbə münasibəti ilə təbrik edib.

Tədbir çərçivəsində təşkil olunmuş guşədə mədəni irsimiz, işğaldan azad olunmuş torpaqlarımızla bağlı kitab və jurnallar, şagirdlərin əl işləri sərgilənib.

Diasporpress.az