Diaspor

Orxan Kərimzadə : Xocalı və digər terror hadisələrini gündəmdə saxlamalıyıq

Orxan Kərimzadə : Xocalı və digər terror hadisələrini gündəmdə saxlamalıyıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında ikinci səfəri gerçəkləşib.

 

İtaliyada yaşayan azərbaycanlı gənc  fəal Orxan Kərimzadə Şuşa səfəri ilə bağlı təsuratlarını Diasporpress.az-la bölüşüb.

“Şuşa bizim üçün bir xəyal idi, biz illərdir oranı görmək arzuları qurmuşuq. Qarabağın hər bir qarışı bizim üçün əziz olsada Şuşann bir başqa yeri və özəlliyi var. Cənab prezidendin də zəfər bayramı günü dediyi kimi Şuşasız bizim işimiz və məqsədimiz yarımçıq qalardı. İllərdir şəkillərdə, keçmiş video kadrlarda gördüyümüz yerləri səfər etərkən keçirdimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Şuşanın küçələrini gəzərkən oranın necə mürəkkəb bir relyefə malik olduğunu və bu şəraitdə ordumuz nece bir qəhrəmanlıq göstərərək oranın azad etdiyini düşünməmək mükün düyil.  Bu gün bütün işğalda azad olunmuş ərazilərdə ciddi quruculuq və yenidənqurma işləri aparılır. Əminəm ki yaxın illərdə Qarabağ əvvəlki əzəmətini geri qaytaracaq.

Bugün azad Şuşaya ayag basa bildiyimiz üçün cənab Ali Baş Komandan başda olmaqla ordumuza və bütün haqqı olan insanlara nə qədər təşəkkür etsək azdır. Eyni zamanda Allahdan şəhidlərimizə rəhmət və qazilərimizə can sağılığı diləyirik. Bu səfəri bizim üçün dəşkil edən Diaspora Komitəsinə və bütün əziyyəti keçən əməkdaşlarına birdaha sizin vasitənizlə minnətdarlığımı bildiridəm.

İstənilən diaspora nümayəndəsinin həm yaxın ətrafında həm də sosial şəbəkələrdə izləyiciləri arasında çoxlu xarici vətəndaşlar var, və biz işğaldan azad olunmuş ərazilərə səfər edərkən orada gördüklərimizi sosial şəbəkələrdə paylaşaraq erməni terrorunun nəticələrini dostlarımızın, tələbə və iş yoldaşalarımızən diqqətinə çatdıra bilirik. Bu da bizim haqlı mübarizəmizi, möhtəşəm qələbəmizi dünyaya göstərmək və olkəmizin təbliği yolunda çox önəmlidir. Diaspora komitəsinin də təşkil etdiyi bu səfər məhz buna hesablandığın düşünürəm.

Mən müharibə dövründə İtaliyada idim, və orda da digər ölkələrdə olduğu kimi bütün soydaşlarımız bir yumruq kimi yığılıb erməni diasporası ilə informasiya mübarizəsi aparırdıq və həqiqətlərı italiya icmtimayətinin diqqaətinə çatdırmağa çalışırdıq. Muharibə dövründə biz Roma və  İtaliyanın digər şəhərlərində mütəmadi olaraq aksiyalar keçiriridik. Xüsusəndə Gəncə və Bərdə hadisələrində erməni vandalizmininin nəticələri ilə yerli insanlara çatdırırdıq. Bütün bu aksiların təşkili zamanı biz Dispora Komitəsinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyini hiss etmişik. İstənilən müraciət etdiyimiz məsələdə komitə əməkdaşları lazımı köməkliyi operativ şəkildə göstərirdilər.

Doğrudur, hər birimiz yaşadığımız bütün ölkələrdə, iştirak etdiyimiz bütün beynəlxalqq tədbirlə həmişə Qarabağ həqiqiətlərini dünyaya çatdirmağa çalışmışıq və dünyadan bu ədalətsiliklərə susmamaqlarını tələb etmişir. Artıq müzəffər Aliba baş komandan, müzəffər ordumuz və dünyaya nümunə olacaq güstərdiyimi xalq-dövlər birliyi sayəsində biz torpaqlarimızı azad emtmişik. Amma bu gün Qarabağın geri qayıdsada keçmişdə yaşadığımız erməni vandalizmini unadmamalıyıq, və mütəmasi olaraq Xocalı və digər terror hadisələrini gündəmdə saxlamalıyıq.  Bu prossesdə bü günə qədər olduğumuz kimi dövlətimiz yanında olmalıyıq.”