Diaspor

Orhangazi Bələdiyyəsində “Zəfərə doğru addımla” layihəsinin təqdimatı keçirildi

Orhangazi Bələdiyyəsində “Zəfərə doğru addımla” layihəsinin təqdimatı keçirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 noyabr 2021-ci il tarixdə Bursa Orhangazi hökumət evində Orhangazi Bələdiyyəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.

Tədbirdə Orhangazi Kaymakamı Süleyman Özçakıcı, Orhangazi Bələdiyyə başqanı Bekir Aydın, Bələdiyyə başqan yardımçısı, məclis üzvləri, Kültür ve Sosyal İşler müdürü Erkan İnce,  Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Milli Təhsil müdürü Hüseyin Karatos, Asılsız Ermeni İddialarıyla Mücadele Dərnəyinin Yalova temsilcisi Talat Öztürk, STK və dairə müdürləri iştirak etdi. Həmşinin layihə çərçivəsində esse üzrə 3-cü yerin qalibi Nermin Başak İnce qiymətli hədiyyələr və diplomla təltif olundu. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.