Ölkə

Orduxan Qəhrəmanzadə ATƏT-ə üzv dövlətlərə gənclərlə bağlı çağırış edib

Orduxan Qəhrəmanzadə ATƏT-ə üzv dövlətlərə gənclərlə bağlı çağırış edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra demokratikləşməsi ilə bağlı müşahidələrimi və fikirlərimi bölüşmək şansı əldə etdiyim üçün çox şadam. Mən xüsusilə gənclərin inkişaf hüququnun təmin edilməsi üçün gənclərin iştirakçılığının artırılmasına göstərilən dəstəyi vurğulamaq istərdim. Bu dəstək isə öz növbəsində vətəndaş cəmiyyətində gənclərin iştirakçılığının gücləndirilməsi istiqamətində hökumətin fəal iştirakı olaraq başa düşülə bilər. İnkişaf hüququ insan hüquqlarının mühüm aspekti kimi vurğulanmalıdır və bu gün bu şansdan istifadə edərək gənc nümayəndə kimi mən ATƏT-ə üzv dövlətləri ölkələrin demokratikləşməsində gənclərin rolunu nəzərə almağa çağırıram”.

İnterpress.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə ATƏT-in “Varşava İnsan Ölçüsü” Konfransının 2-ci günündə vətəndaş cəmiyyəti nümayəndəsi kimi plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Ermənistanın işğalı nəticəsində baş vermiş kütləvi məcburi köçkün axınından qaynaqlanan problemlərə baxmayaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin rolunun artırılması və insan hüquqlarının müdafiəsi istiqamətində xeyli irəliləyiş əldə olunmuşdur: “Azərbaycan hökuməti Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, xüsusən də Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt, beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququ əsas tutaraq məcburi köçkünlərin əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və onların cəmiyyətin demokratikləşməsinə fəal cəlb edilməsi istiqamətində böyük səylər göstərmişdir. Mən, şəxsən bir məcburi köçkün kimi ilk növbədə beynəlxalq QHT-nin yerli bölməsi olan bir QHT yaradaraq və daha sonra təhsil siyasətinin tərkib hissəsi kimi təhsilhaqqı güzəştlərindən yararlanaraq Azərbaycanın vətəndaş cəmiyyətində fəal iştirak etmək şansı əldə etmişəm. Bu gün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən əməliyyatdan düz iki il keçir. Bu isə, öz növbəsində regionda məcburi köçkünlərin təhlükəsiz qayıdışı və onların ölkədə öz icmalarında qərarların qəbulunda fəal iştirakının təmin olunması kimi yeni məsuliyyətlər yaratmışdır. Lakin Ermənistan silahlı qüvvələri tərəfindən son zamanlar sərhəddə törədilən təxribat əməliyyatları məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıtması prosesinə və Azərbaycan hökumətinin sülh sazişi imzalamaq təşəbbüslərinə mane törətmişdir. Vətəndaş cəmiyyətinin inkişafı və gənclərin iştirakçılığının artırılması üçün regionda sülh təmin edilməlidir. Sülh olmadan nə demokratiyadan, nə də gənclərin iştirakçılığından danışa bilərik. Bizim ilkin olaraq təmin etməli olduğumuz sülhdür və sülh danışıqlar yolu ilə əldə edilir, provokativ addımlar ataraq regionda problem yaratmaq səyləri ilə deyil”.