Ölkə

“Onların adlarını açıqlamaq lazımdır”– Spikerdən şəhid ailələrini incidənlərə reaksiya

“Onların adlarını açıqlamaq lazımdır”– Spikerdən şəhid ailələrini incidənlərə reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siqnallar gəlir ki, şəhid və qazi ailələrini incidənlər var. Onlara qarşı xidməti yüksək səviyyədə həyata keçirmək lazımdır”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, dərslərin onlayn formada keçirilməsi ilə əlaqədar bütün kəndlərdə internet olmalıdır: “Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi zəhmət çəksin həmin o yüksək texnologiyanı kəndlərdə tətbiq etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır.

 

Diasporpress.az