Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, Nazirlik və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, 17 müxtəlif mövzu üzrə layihələri qəbul edir.
Əlaqələndirici şəxs: Musa Əhmədov. Tel: (055) 620 22 34
DiasporPress.az