Oğuz rayonunda bazarda ölüm hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yaqublu kənd sakini, 1941-ci il təvəllüdlü Fərəc Fərəcov bazarda olarkən anidən halı pisləşib və yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və müayinə zamanı onun öldüyü müəyyənləşib.
İlkin məlumata görə, F.Fərəcov yüksək təzyiq nəticəsində dünyasını deyişib.
Mərhumun bazarda toxum alveri ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az