Oğlu təqaüdçü atasının başına 14 atəş açıb, amma kişi sağ qalıb. Hadisə Rusiyada baş verib.
Bu barədə Lenta.ru İstintaq Komitəsindəki mənbəyə istinadla xəbər yayıb.
İlkin məlumatlara görə, təqsirləndirilən şəxs atasının evinə gəlib və kişi qapını açanda ona dalbadal atəş açıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, atanın 61, oğulun isə 40 yaşı var. Bildirilir ki, təqsirləndirilən şəxs təqaüdçü kişinin ilk evliliyindən dünyaya gəlib.
“Dəli olub, uşaqlığı ilə bağlı acı xatirələri yadına düşüb. Anası isə deyir ki, belə şey olmayıb… kişi onları döyməyib”, – deyə nəşrin müsahibi bildirib.
Hadisə vaxtı kişinin indiki arvadı mənzildə olub. O, atəş səsini eşidəndə gizlənib, cinayətkar getdikdən sonra isə yaralını görüb və təcili yardıma zəng edib. Zərərçəkən təcili şəkildə xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Əməliyyatdan sonra təqaüdçü hələ özünə gəlməyib.
Oğlu isə artıq axtarış tədbirləri nəticəsində saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Mənzildə 11 giliz və altı rezin güllə tapılıb. Cinayətin motivi araşdırılır, ehtimal ki, ailə münaqişəsi zəminində törədilib. Zərərçəkənin oğlu da bildirib ki, atası ilə dava edib, ona görə də onu güllələyib.
Artıq təqsirləndirilən şəxsə qarşı qətlə cəhd maddəsi ilə cinayət işi açılıb.
DiasporPress.az