Norveçdə yaşayan azərbaycanlı musiqiçi konsert verib.
Norveçin Stavanger şəhərində yaşayan azərbaycanlı musiqiçi Ülvi Həsənli noyabrın 7-də bolqarıstanlı musiqiçi tərəfdaşım Kiril Kutin ilə bərabər “Zəfər günü”nə həsr olunmuş “Xarı bülbül” konsert proqramı ilə çıxış edib.
Konsertdə 50-60-a yaxın Norveç azərbaycanlısı da iştirak edib. Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və s. bəstəkarlarımızın klassik əsərləri piano və skripkada ifa olunub.