Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldu

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovun 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

Nizami Paşayev 38 yaşında üçqat dünya çempionu oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovun 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

DiasporPress.az xəbər verir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir.

Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq. 31 yaşlı Sedov səkkiz il müddətinə diskvalifikasiya olunub.

Azərbaycan üçün bunun önəmi isə bundan ibarətdir ki, Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq-da qızıl medal qazanarkən ikinci yeri Nizami Paşayev tutub.

Bu isə o deməkdir ki, 38 yaşlı Paşayev üçqat dünya çempionu olub. Həmçinin, koreyalı Mincae Kimə gümüş, onun həmyerlisi Seon-Conq Kimə bürünc medal veriləcək. Digər azərbaycanlı atlet Rövşən Fətullayev isə altıncı sıradan beşinci yerə yüksəlib.

Qeyd edək ki, Nizami Paşayev 2002-ci ildə Varşavada və 2009-cu ildə Dohada dünya çempionu olmağı bacarıb. Bununla da o, üçqat dünya çempionu olmuş ilk azərbaycanlı kimi tarixə düşüb.

 

DiasporPress.az