Diaspor

Nizami Gəncəvi irsinə diaspor gənclərinin baxışı müzakirə edilib

Nizami Gəncəvi irsinə diaspor gənclərinin baxışı müzakirə edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan diaspor gəncləri şəbəkəsinin və rusdilli ölkələrdə yaşayan gənclərin iştirakı ilə “Nizami Gəncəvi irsinə diaspor gənclərinin baxışı” mövzusunda videokonfrans keçirilib.

Konfransda Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi”nin gənclər təşkilatının sədri Olesya Kosoykina, Ukrayna Azərbaycanlılarının Gənclər Radasının sədr müavini Möminə Səttarova, “Moldova Azərbaycanlıları Konqresi”nin məsləhətcisi Zamir Qubadov, “Sankt-Peterburq Azərbaycanlı Gənclər Təşkilatı”nın fəalı Emil Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlahə Ələkbərova və digər ölkələrdə yaşayan azərbaycanlı gənclər çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin ölkədə “Nizami Gəncəvi ili” elan edilməsinə dair Sərəncam imzaladığını xatırladıblar. Bildirilib ki, Dövlət Komitəsi bu sərəncamdan irəli gələn tədbirlər planı hazırlayıb həyata keçirir. Xarici ölkələrdə gerçəkləşdirilən layihələr, rusdilli ölkələrdəki gənclər təşkilatlarının qüdrətli söz ustadının yaradıcılığına həsr etdikləri tədbirlər barədə ətraflı danışılıb. Şairin əsərlərindəki bədii xüsusiyyətlərə nəzər yetirilib, gənclər N.Gəncəvinin poemalarından parçalar və qəzəllər ifa edib, müxtəlif hekayələrini canlandırıblar.

Konfrans sualların cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

 

Diasporpress.az