Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana gəlib.
DiasporPress.az xəbərinə görə, bu barədə Venesuela Prezidenti “Twitter”də bildirib.
Venesuela Prezidenti N. Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov qarşılayıb.
N. Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.
DiasporPress.az