Diaspor

Nigar Ibrahimova: Şuşa səfəri hamımıza illərin ən dəyərli hədiyyəsi oldu

Nigar Ibrahimova: Şuşa səfəri hamımıza illərin ən dəyərli hədiyyəsi oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Diasporla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın xarici ölkələrdəki diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında ikinci səfəri gerçəkləşib.

 Diaspor fəalları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış yerləri ziyarət ediblər.

 Səfərdə iştirak  edən ABŞ-da yaşayan gənc soydaşımız Azərbaycan Diaspor Gənclər şəbəkəsinin üzvü Nigar Ibrahimova  Şuşa ilə bağlı təəssüratlarını Diasporpress.az-la bölüşüb.

“Hisslərimiz çox qarışıq idi, Fizuli dağıntılar altında idi, həm 1-ci həm 2-ci Qarabağ savaşına meydan olan bu şəhərdə salamat heç nə qalmaması bizə acı və qəzəb hiss etdirdi. Oranı keçənə kimi heç kimin səsi çıxmadı. Artıq Şuşa dağlarını və yaşıl təbiəti bizi qarşıladıqca əhvalımız düzəlirdi, təbəssümlər geri qayıdırdı. Şuşa bizi yağışla qarşıladı, biz Cıdır düzünə enəndə Günəş çıxdı ki, bir də biz dönəndə batdı. Qarabağ bizi öz tarixi ilə qarşıladı, deyərdim, övladı kimi, yaralı. Lakin o qədər tikinti quruculuq işləri gedirdi ki, bu bizə toxdaxlıq verdi, təsəlli verdi, ümidlərimizi qatbaqat artırdı. İşləyən bənnalar, ustalar, xidmət edən əsgərlər çox xoşbəxt və qürurlu görünürdülər.

Şuşa Azərbaycanın zinəti təəsüratını yaratdı.

Bilirik ki, şirəli torpağı, səfalı təbiəti onun yaşıllığını özünə tez zamanda qaytaracaq. Cıdır düzü də, qurumuş hər ağacı da yam yaşıl olacaq. Yol boyu bol bəhər vermiş meyvə ağacları vardı, alça, gavalı, alma, heyva həm yedik, həm dərib Qarabağlılarımıza gətirdik. Şuşa çörəyindən bolca aldıq, daddıq. Şuşa qoruğunun rəhbəri ilə müsahibəm oldu, bu şəhər üçün planlardan danışdıq, çox sevindim, əməyi keçən və keçəcək hər kəs sağolsun!

Həmişə düşünülmüş layihələri ilə Azərbaycan diasporunu möhkəm tutan komitə bu dəfə də bizi illərlə haqqı üçün dünyanın 4 bir yerində durmadan mübarizə apardığımız, həqiqətıərini asan və çətinliklə dünya ictimaiyyətinə, qonşuya, tələbə və iş yoldaşına, erməni diaaporu nümayəndəsi ilə debatda özlərinə çatdırdığımız Qarabağda görüşdürdü.

Bu, həm diaspor üçün önəm daşıyan şəbəkələşmə idi, həm də biz Qarabağdanıq, Qarabağ bizimdir şüarlarımızın xarici tanışlarımız üçün maddi sübutu olacaqdır. Həmçinin buraya yatırım etmək istəyən xaricdə yaşayan həmvətğnlər buranı görmüş oldu, tarixi, mədəniyyətini şifahi əzbərə bilənlərə, Qarabağı, Vətəni qeyd-şərtsiz sevən hamımıza illərin ən dəyərli hədiyyəsi oldu.

Qarabağın öz övladlarına minlərlə şəhidinin qanı ilə geri qaytarıldığı artıq yeni tarixdir, bu, dünya ictimaiyyətinə çatdırılmalı, ermənilərin qulluq etmədiyi, qeydinə qalmayıb ancaq talan etdiyi torpaqların, təbiətin sahiblərinin əli ilə dirçəlişini bilib, görüb sevinəcək çox ədalət, təbiət, sülh insanı var dünyada. Sevinə bilməyənlərə isə göz dağı kimi günümüzün gerçəklikləri, Azərbaycan ölkəsində yeni doğuşu hamı biləcək. Qarabağ həm də saysız turistlər, investisiyalar cəlb edəcək, xaricdə təhsil almış gənclərimizin savadları, təcrübələrindən payını alacaq, bütün həmvətənlərimizin isə sevgisi ilə adı yüksəklərdən gələcək. “