Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkurnaməsi Niderland Parlamentində “DENK” partiyasını təmsil edən millət vəkili Tunahan Kuzuya təqdim edilib.
Təşəkkürnamə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundovun niderlandlı deputatla Parlamentdə görüşü zamanı təqdim edilib. Səfir fildirib ki, T.Kuzu bu mükafata 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, beynəlxalq hüququn təşviqinə, dünyada sülh və ədalət uğrunda mübarizəyə töhfələr bəxş etdiyinə görə layiq görülüb.
Millət vəkili T.Kuzu təşəkkürnaməyə, eləcə də ona göstərilən etimada görə minnətdarlığını bildirib, iki ölkə parlamentləri arasında əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını nəzərə çatdırıb.
Qeyd edək ki, türk əsilli millət vəkili Tunahan Kuzu Niderland parlamentindəki müzakirələr zamanı Azərbaycanın mülki əhalisinin Ermənistan tərəfindən raket hücumuna məruz qoyması məsələsini qaldıraraq, qəsbkar ölkənin işğal olunmuş torpaqlardan dərhal geri çəkilməsini, məcburi köçkünlərin hüquqlarının bərpa olunmasını tələb etmişdir.
Diasporpress.az