Diaspor

Niderlandda yaşayan soydaşımız diqqəti erməni faşistlərinin Ağdamda törətdikləri vandalizmə cəlb edib

Niderlandda yaşayan soydaşımız diqqəti erməni faşistlərinin Ağdamda törətdikləri vandalizmə cəlb edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında yaşayan azərbaycanlı psixoterapevt İlkanə Qocanın https://republic-underground.com saytında “Qarabağ ürəkli və Ağdam köklü niderlandlı” sərlövhəli müsahibəsi dərc olunub.
Saytın əməkdaşı Reyçel Bruksun qələmə aldığı müsahibədə əslən ağdamlı olan, hazırda Niderlandda yaşayan İlkanə Qocanın 1993-cü il 23 avqust tarixli erməni işğalı ərəfəsində Ağdamda baş verənlər, I Qarabağ müharibəsi, Xocalı soyqırımı barədə ağrılı-acılı xatirələri və 2020-ci ilin noyabrında doğma yurdunun azad olunmasına dair fikirləri nəzərə çatdırılıb.
Özünü “Ağdamlı, azərbaycanlı kökləri olan niderlandlı” adlandıran, son 27 ildə dəhşətli müharibənin bütün ağrısını və acısını arxada qoymaq üçün çox çalışdığını söyləyən soydaşımız Ağdamın geri qaytarıldığı 20 noyabr 2020-ci il tarixini həyatının yeni səhifəsi kimi dəyərləndirib. Bildirib ki, ermənilər Ağdamı dağıdıblar və təhqid ediblər: “Ağdam – Qafqazın Xirosimasıdır və dünyada ikinci “ruhlar şəhəri”dir. O yenidən bizi salamlayır”, – deyə İ.Qoca vurğulayıb.
Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://republic-underground.com/a-dutchman-with-karabakhi-heart-and-aghdami-roots

 

 

Diasporpress.az