Niderlandda Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı etiraz aksiyası keçirilib. “Sahibsiz ağ ayaqqabılar” aksiyası haqqında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva bildirib ki, səssiz aksiya Ermənistanın bütün hüquqi normaları pozaraq minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsini ictimaiyyətin diqqətinə çatdırmaq üçün təşkil edilib. Aksiya Niderlandda yaşayan bütün azərbaycanlı icmanın iştirakı ilə keçirilib. Aksiyada ərazilərimizin minalanmasına qarşı plakatlar və müxtəlif hastaglar diqqətə çatdırılıb, Ermənistan səfirliyinin poçt qutusuna petisiya atılıb.
Aksiya zamanı “Azərbaycanı minalardan azad et!” şüarı yazılmış plakat Amsterdam səmasında təyyarə ilə 1 saat dövrə vurub. Hava reklamı aksiyası “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Diasporpress.az