Diaspor

Niderlandda İkinci Dünya müharibəsinin iştirakçıları olmuş azərbaycanlı əsgərlərin xatirəsi anılıb

Niderlandda İkinci Dünya müharibəsinin iştirakçıları olmuş azərbaycanlı əsgərlərin xatirəsi anılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresi (AAK) Niderlandda fəaliyyət göstərən DUFOA (Dutch Friends of Azerbaijan) və Brabant əyaləti Azərbaycanlılar Məclisi (BƏAM) azərbaycanlı və niderlandlı gənclərlə birlikdə ölkənin bir neçə şəhərində Azadlıq Gününü qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə AAK-ın prezidenti Sahil Qasımov, DUFOA-nın nümayəndəsi Leyla Babayeva və BƏAM-ın sədri Ofelya Babayeva, Brabant əyalətinin Oistervijk şəhərinin meri Hans Janssena, eləcə də “Medo” adı ilə tanınan, Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri iştirak ediblər.

Tədbirlərdə çıxış edən Oistervijk şəhərinin meri və Məmməd Məmmədovun ailə üzvləri Azərbaycan Prezidentinə və xalqına İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə təbriklərini çatdırıblar.

AAK-ın prezidenti Sahil Qasımov Diaspor Komitəsinin sədri Fuad Muradovun salamlarını Oistervijk şəhərinin meri Hans Janssena, eləcə də Milli Qəhrəmanın qızı Nancy Duumen və digər ailə üzvlərinə çatdırıb və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə onları təbrik edib.

Sonra tədbir iştirakçıları şəhərdə Milli Qəhrəmanın adını daşıyan Mamedovpad küçəsini ziyarət edərək qəhrəmanın xatirəsini yad ediblər.

Diaspor rəhbərləri və gənclər Niderlandın Amersfoort şəhərindəki sovet əsgərlərinin dəfn olunduğu “Leusden” qardaşlıq məzarlığına gələrək, burada İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüb, eləcə də bu məzarlıqda uyuyan 22 azərbaycanlı əsgərin xatirəsini yad edərək məzarları üzərinə tər çiçəklər qoyublar. Anım tədbiri ölkədəki karantin qaydalarına uyğun təşkil edilib.

 

DiasporPress.az