Diaspor

Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib – FOTO

Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Rotterdam və Haarlem şəhərlərində Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

 

Komitədən verilən məlumata görə, bir nəfərlik etiraz aksiyalarında BAK-ın gənc üzvləri və yerli sakinlər iştirak ediblər. Aksiyalar zamanı üzərində “Qarabağı minalardan azad et”, “Bizi minalardan azad et”, “Mina ölümlərinə son!” şüarları yazılmış ağ köynəklər geyinən gənclər şəhərin müxtəlif yerlərində Ermənistanın hərbi cinayətlərindən bəhs edən plakatları nümayiş etdiriblər.

 

“Sorgulara baxmayaraq erməni tərəfi mina xəritələrini verməkdən imtina edir” başlıqlı plakatlarda qorxunc mina partlayışlarının təsviri fonunda Azərbaycanın azad olunmuş torpaqlarında baş verən hər mina partlayışının Ermənistanın hərbi cinayəti olduğu, Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının azad edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların təsiri ilə öldüyü və bu faciəli halların davam etdiyi, mina xəritələrinin verilməməsinin azərbaycanlıların öz evlərinə geri qayıtmasına çətinlik törətdiyi nəzərə çatdırılıb.

 

Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında beynəlxalq konvensiyalara zidd olaraq Ermənistanın yerləşdirdiyi minaların xəritələrini təhvil verməkdən imtina etməsi, Qarabağ və ətraf rayonlarda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalarda mülkü Azərbaycan vətəndaşlarının, jurnalistlərin və məmurların həlak olması ilə nəticələnən faciəli hadisələr barədə ətraflı məlumat verilib.

 

Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image Niderlandda Ermənistana qarşı etiraz aksiyası keçirilib (FOTO) - Gallery Image

 

Diasporpress.az