Diaspor

Niderlandda Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərilə bağlı bilbordlar yerləşdirilib

Niderlandda Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərilə bağlı bilbordlar yerləşdirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.
Bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.

 

Diasporpress.az