Niderlandın məşhur “de Volkskrant” nəşri “Qarabağ”dan reportaj hazırlayıb.
Yazıda “Qarabağ”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, “İmarət” stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq, uğurlu çıxışı qeyd olunub.
Eyni zamanda klubun bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan da komandanın uğurlu çıxışı haqqında fikirlərini, komandasının təmsil etdiyi şəhərin işğaldan azad edilməsi və məşqçi Müşfiq Hüseynovdan yenidən “İmarət”də olması haqda duyğularını öyrənib.
Həmçinin yazıda “Qarabağ” “Qafqazın “Barselona”sı” kimi təqdim edilib.
Diasporpress.az