Diaspor

Niderland mətbuatında azərbaycanlı sahibkar xanımlardan bəhs edən silsilə məqalələr dərc edilib

Niderland mətbuatında azərbaycanlı sahibkar xanımlardan bəhs edən silsilə məqalələr dərc edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland mətbuatında azərbaycanlı xanımlar haqqında silsilə məqalələr dərc edilib.

Bu barədə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva məlumat verilib.

Hollandiyada işıq üzü görən “For You” jurnalı ilə artıq bir ildir ki, əməkdaşlıq haqqında müqavilə imzalanıb.

M.Ağamirzəyeva qeyd edib ki, bu jurnalla tanışlığımız Hollandiyada yaşayan bir xanım həmyerlimizin sayəsində olub.

Mənim və həmin xanımın müsahibəsindən sonra jurnal azərbaycanlı qadınların fəaliyyətindən xəbərdar olaraq iki illik müqavilə imzalamağı təklif etdi. Təbii ki, bu da bizi sevindirdi ve Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə razılıq verdik.

Qeyd etmək istəyirəm ki, jurnalda Niderland da yaşayan, birliyimizin üzvü, Real TV-nin Avropa Bürosunun rəhbəri Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışından bəhs edən “28” filmi və onun Şuşada itirdiyi uşaqlığı haqqında müsahibəsi, burada uşaq bağçasında müəllim işləyən birliyimizin üzvü Təranə Zamanovanın Azərbaycan ailələrində uşaq tərbiyəsi haqqında, “Simons Levelt” şirkətinin Haaqadakı təmsilçilərindən biri sahibkar xanım Nahidə Bayramovanın Azərbaycan çay mədəniyyəti haqqında, tərcuməçi-hüquqşünas bundan başqa Sevinc Əfəndiyevanın müsahibələri dərc olunub.

Jurnalın bu ay dərc olunan növbəti sayında isə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gulnarə Xəlilovanın Azərbaycanın milli geyimleri haqqındaki müsahibəsi dərc olunub.

Qeyd edək ki, jurnal ildə dörd dəfə dərc olunaraq pulsuz paylanılır.