Diaspor

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası gələcək fəaliyyət planını müzakirə edib

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası gələcək fəaliyyət planını müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə onlayn formatlı görüş keçirilib. Görüşdə Koordinasiya Şurasının, Belçikadakı Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Koordinasiya Şurasının fəaliyyət istiqamətləri, nəzərdə tutulmuş tədbirlər planı barədə geniş müzakirə aparılıb. Mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə və 28 may – Respublika Gününə həsr olunacaq layihələrlə bağlı tədbir iştirakçılarının rəy və təklifləri səsləndirilib. Çıxışlarda Azərbaycan dövləti və xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi günlərin xaricdə yaşayan azərbaycanlı icmalar tərəfindən qeyd edilməsi yüksək qiymətləndirilib.
İki saat davam edən görüş sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

Diasporpress.az