İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bununla bağlı “RİA Novosti” məlumat yayıb.
Telefon əlaqəsi ABŞ dövlət katibi Mark Pompeonun İordan çayının Qərb sahillində İsrail yaşayış məntəqələri barədə açıqlamasından sonra baş tutub.
Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Barak Obama administrasiyasının verdiyi açıqlamadan imtina edir.
Xatırladaq ki, demokratların hakimiyyəti dövründə eks-prezident Barak Obama İsrailin İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə həyata keçirdiyi məskunlaşma siyasətini beynəlxalq hüquqa zidd adlandırmışdı.
“Hökumət rəhbəri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. O, Trampa təşəkkür edərək tarixi səhvi düzəltdiyini, kiminsə sadə həqiqəti deməli olduğunu, Holan yüksəkliklərini İsrail ərazisi kimi qəbul edərək, səfirliyi Qüdsə köçürdüyünə görə minnətdarlığını ərz edib”, – hökumət rəhbərinin “Twitter” səhifəsində yazılıb.
Xatırladaq ki, İsrail yaşayış məntəqələri İordan çayının Qərb sahilində 1967-ci ildə baş vermiş altı günlük müharibədən sonra salınmağa başlayıb.
DiasporPress.az