Tovuz rayonunun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən Nərmin Quliyevanın qatili tapılıb.
DiasporPress.az news24.az-a istinadən bildirir ki, aparılan istintaq nəticəsində məlum olub ki, o, 36 yaşlı İlkin adlı şəxsdir.
Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.
Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.
DiasporPress.az