Dünya

Neftkimya zavodunda baş verən partlayışlara görə 60 min amerikalı təxliyə olunur

Texasda “TPC Group”nun neftkimya zavodunda ikinci partlayış baş verib.

Neftkimya zavodunda baş verən partlayışlara görə 60 min amerikalı təxliyə olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texasda “TPC Group”nun neftkimya zavodunda ikinci partlayış baş verib.

“12 News” xəbər verir ki, ətraf yaşayış məntəqələrinin əhalisinə mütləq təxliyə haqqında xəbərdarlıq edilib.

Yerli yanğınsöndürmə idarəsinin “Twitter” səhifəsində ikinci partlayışın videosu yerləşdirilib.

Hökumət hələ ilk partlayışdan sonra insanları yaxınlıqdakı əraziləri tərk etməyə çağırıb, indi isə söhbət məcburi təxliyədən gedir.

Təmizlənəcək ərazi zavoddan 6 kilometr radiusda yerləşir və 5 şəhəri əhatə edir. Burada 60 min insanın yaşadığı bildirilir.

 

DiasporPress.az