Azərbaycan Premyer Liqasında IX turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.
Diasporpress.az məlumatına görə, “Neftçi”nin fransalı futbolçusu Baqali Dabo turun oyunçusu seçilib.
O, “İnStat”ın təhlilinə əsasən ən yüksək indeksə layiq görülüb. Buna səbəb B.Dabonun “Sumqayıt”la səfər oyununda vurduğu 2 qolla komandasının 4:2 hesablı qələbəsində pay sahibi olmasıdır.
Turun rəmzi komandası isə aşağıdakı kimidir:
Qapıçı: Mehdi Cənnətov – 255 (“Sumqayıt”)-3
Müdafiəçilər: Ailton Silva – 282 (“Qarabağ”)-3, Adrian Skarlatake – 279 (“Zirə”), Bədavi Hüseynov – 268 (“Qarabağ”)-2, Abbas Hüseynov – 251 (“Qarabağ”)-7
Yarımmüdafiəçilər: Stiven Monroz – 307 (“Neftçi”)-4, Qara Qarayev – 319 (“Qarabağ”)-3, Sezar Meza Kolli – 300 (“Keşlə”)-2, Davit Volkov – 265 (“Qəbələ”)
Hücumçular: Baqali Dabo – 320 (“Neftçi”)-2, Amadu Diallo – 318 (“Sabah”)
Diasporpress.az