Dünya

Paşinyan nə qədər savadsız, siyasi və diplomatiya sahəsində bacarıqsız biri olduğunu sübut etdi

Paşinyan nə qədər savadsız, siyasi və diplomatiya sahəsində bacarıqsız biri olduğunu sübut etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az məqaləni Karabakh mobil tətbiqetməyə istinadən təqdim edir. 


Ermənistanda gərginlik pik həddə catıb. Ölkənin baş bəlasına çevrilən Baş Naziri – Nikol Paşinyanın uğursuz siyasəti artıq onun kreslosunu silkəməyə başlayıb. İndi yalan vədlər verməklə özünü uçuruma yuvarlayan Nikolu oradan nə selfi cubuğu, nədəki ermənilərin porno ulduzu Kim Kardaşyan xilas edə bilər. Özünün getdikcə laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün daxili auditoriyaya hesablanmış cılız bəyanatları və onun yürütdüyü məntiqsiz nöqtə siyasəti bütövlükdə erməni xalqının durğunluq nöqtəsindən çıxmasına imkan vermir. Və onun sərsəm “Qarabağ Ermənistandır” mülahizəsinin sonunda işlətdiyi nöqtə işarəsi siyasi cəhətdən də onun xeyrinə deyildir. Çünki nöqtə qrammatik cəhətdən keçmiş, arxada qalmış, nəql edilmiş bir fikrin sonunda işlədilən işarədir.

Nikol Paşinyanın sərsəm və təxribatçı çıxışlarına qarşı Azərbaycanın cavabı özünü çox gözlətmədi. Dövlət başçısının “Qarabağ Azərbaycandır və nida” bəyanatı düşməni qılınc kimi kəsdi və İrəvanın məkrli niyyəti puç oldu. İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən, eləcə də tarixi faktlara və həqiqətə əsaslanan bu çıxış beynəlxalq arenada ciddi müzakirəyə zəmin yaratdı. Həmçinin selfi sevdalısının yuxusunu ərşəyə çəkdi. Onu da deyim ki, Paşinyandan fərqli olaraq Prezident İlham Əlyev bu bəyanatı hər hansı bir tədbirdə deyil, mötəbər tribunadan – Rusiyanın Soçi şəhərində keçirilən “Valdai” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında nitqi zamanı deyib.

Əlavə edim ki, Prezident İlham Əliyevin bəyanatında ifadə olunan “nida işarəsi” Azərbaycan xalqının Dağlıq Qarabağ uğrunda mübarizəyə həmişə hazır olduğunu ifadə edən həyəcan təbilidir. Bu Azərbaycan üçün Böyük Qələbənin anonsudur.

Görünür, Ermənistan siyasi rəhbərliyinin münaqişənin həlli çərçivəsində müzakirə olunan sənədlərlə, Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilən bəyanatlarla yaxından tanış olmalarına ciddi ehtiyac duyulur. Cünki  bu sənədlərin heç birində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisinə münasibətdə “xalq” anlayışına rast gəlinmir.

Qeyd edim ki, “Valdai” dünyanın çox mühüm beyin mərkəzidir. Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, İordaniya kralı, Qazaxstan prezidenti, Fillipinin dövlət başçısı, dünyanın nəhəng siyasi elitasının nümayəndələri, ekspertlər, nüfuzlu jurnalistlər iştirak edirdilər.

Paşinyan özünə gəlməmiş daha bir zərbəni Aşqabadda, MDB Dövlət Başçıları Şurasının iclasında aldı. Prezident İlham Əliyev çıxışında nasist cinayətkarların xüsusilə Ermənistanda qəhrəmanlaşdırılması mövzusuna toxundu və Ermənistanın Qaregin Njdenin şərəfinə abidə ucaltmasını diqqətə çatdırdı. Bu, dünya faşizm əleyhinə olduğu halda, Ermənistanın dövlət siyasətinin qayəsini faşizm ideologiyası təşkil etdiyini göstərir. Qeyri-adekvat mövqe nümayiş etdirən Ermənistan Baş naziri kifayət qədər uğursuz şəkildə Njde məsələsinə erməni-türk tarixi nöqteyi-nəzərindən haqq qazandırmağa çalışdı. Lakin həmişə olduğu kimi bu dəfə də Paşinyan özünü gülünc vəziyyətdə qoydu. Nə qədər savadsız, siyasi və diplomatiya sahəsində bacarıqsız biri olduğunu sübut etdi.

Sonda yazını ABŞ-ın “eurasianet.org” saytından sitat gətirməklə yekunlaşdırmaq istərdim: “Sentyabrın sonlarında BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan N.Paşinyan liberal demokratiyaya dəstək göstərdiyini nümayiş etdirdi. Bir müddət sonra, İrəvanda, o, avtoritar liderlərlə birlikdə sevinc dolu selfi çəkdirdi. Avrasiya İttifaqında Ermənistanın məsələsi “unikaldır”, o ölkəsində şəffalığı təlqin edir, amma şəffalığı çirkin iş hesab edən V.Putinə yaxşı davranır”.

Allahverdi Şəfiyev

https://eurasianet.org/event-armenian-prime-minister-finesses-democratic-intentions?utm_source=dlvr.it&utm_medium=facebook&fbclid=IwAR0Cq2Y7uqltG058AfQrDEZ0YTbLiPpzNbySyCrpP-2BV0jnFgVaj5AxWw4