Ölkə

Nazirlik: Süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var

"Azərbaycanda süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var".

Nazirlik: Süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda süni göllərdə balıq yetişdirilməsi sahəsində problemlər var”.

DiasporPress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xaliqverdi Hüseynov deyib.

Departament direktoru bildirib ki, ötən ilin statistikasına görə, Azərbaycanda təxminən 10 min hektara qədər ərazidə nohurçuluq təsərrüfatları fəaliyyət göstərir: “Nohur təsərrüfatlarının qida, molyuk və başqa zəruri vasitələrlə təmin olunması ilə bağlı nazirlik olaraq əməli fəaliyyətə başlamışıq. Hesab edirəm ki, biz bir neçə ilə bazarları süni göllərdə yetişdirilən balıqlarla təmin etməyə çalışacağıq. Bilirsiniz ki, süni göllərdə yetişdirilən balıqlar əsasən payız aylarında bazara çıxarılır. Bu da balıq qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır”.

X.Hüseynov süni göllərdə daha çox balıq yetişdirilməsi üçün gələcəkdə də lazımı işlərin davam etdiriləcəyini vurğulayıb.

DiasporPress.az