Gənclər və İdman Nazirliyi fevral ayından başlayaraq gənclər təşkilatları ilə silsilə görüşlərə start verib.
Növbəti görüş bu gün nazir müavini İntiqam Babayevin rəhbərliyi altında gerçəkləşib.
17 gənclər təşkilatının rəhbərlərinin iştirak etdikləri görüşdə, təşkilatların fəaliyyəti ilə bağlı görülmüş işlərin hesabatı, təklif və iradlar dinlənilib, suallar cavablandırılıb. Görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin gücləndirilməsi, eyni zamanda, onların Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırılmasıdır. Qeyd edək ki, növbəti görüşün beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən gənclər təşkilatları ilə keçirilməsi nəzərdə tutulub.
Görüşdə gənclər təşkilatlarını narahat edən aşağıdakı məsələlər barədə müzakirələr aparılıb:
– azad edilmiş ərazilərin bərpası prosesində gənclər təşkilatlarının iştrakı;
– şəhid və qazi ailələrinin övladları ilə iş;
– şəhidlərin keçdikləri həyat rolu barədə film və qısa videoların hazırlanması;
– dövlət poqramlarının hazırlanması və icrasında gənclər təşkilatlarının rolunun artırılması;
– təşkilatların birgə əməkdaşlığı;
– sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə;
– regionlarda gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi;
– erkən nikahların qarşısının alınmasında maarifləndirmə işinin aparılması;
– Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial media platformalarından daha fəal istifadənin təşviq edilməsi;
– gənclər təşkilatlarında könüllülük fəaliyyəti;
– beynəlxalq əməkdaşlıq və s.
Görüşdə aşağıdakı təşkilatlar iştirak edib:
1. Azərbaycan Maarifçi Gənclər Təşkilatı
2. “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi
3. “Bakı Gənclər Klubu” İctimai Birliyi
4. “Bizim Gənclik” İctimai Birliyi
5. “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi
6. “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi
7. “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi
8. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi
9. “İslahatçı Gənclər” İctimai Birliyi
10. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi
11. “Odlar Yurdu” Gənclər İctimai Birliyi
12. “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi
13. “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi
14. “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi
15. “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi
16. “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İcitmai Birliyi
17. Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi
Bünyamin Bünyadzadə
Diasporpress.az