Ölkə

Nazirdən vahid məktəbli forması ilə bağlı – AÇIQLAMA

Məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur.

Nazirdən vahid məktəbli forması ilə bağlı – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə müxtəlif dizaynda vahid məktəbli formalarının olması nəzərdə tutulur.

DiasporPress.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov YAP-ın inzibati binasında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə görə, müxtəlif formada hazırlanmış bir neçə dizayn təsdiq ediləcək:

“Ancaq məktəbli formasının hansı dizaynda olmasına məktəbin direktorları və valideyn komitəsi ilə müzakirəsindən sonra qərar veriləcək. Formaların hansı dizaynda olmasını məktəblərin seçməsi mürəkkəb məsələdir. Ayrı-ayrılıqda məktəblərdə vahid məktəbli formasının olması nəzərdə tutulub . Bu, o demək deyil ki, bütün ölkədə bir nümunə məktəbli forması istifadə olanacaq”.

C.Bayramov qeyd edib ki, valideynlərlə qərarlar qəbul edilib, standartlara uyğun seçilən məktəbli forması daha uyğun formada olacaq:

“Müxtəlif dizaynla qəbul edəcəklər. Valideynlərlə seçim etdikdən sonra mütəxəssislər tərəfindən standartlara uyğun seçilən məktəbli formaları daha keyfiyyətli olacaq”.

 

DiasporPress.az