Ölkə

Nazir polis mayoruna yüksək rütbə verdi və təltif etdi

Nazir polis mayoruna yüksək rütbə verdi və təltif etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) şəxsi heyətlə iş üzrə rəis müavini Gündüz Yusubovun rütbəsi artırılıb.

Diasporpress.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Gündüz Yusubova polis polkovnik-leytenantı rütbəsi verilib.

Nazirin digər əmri ilə Gündüz Yusubov əla xidmətlərinə görə döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, Gündüz Yusubov bu ilin mart ayında Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.

O, daha əvvəllər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.