Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuras üzvlüyünə yeni qəbul olmuş təşkilat rəhbərləri ilə görüş keçirilib.
Diasporpress.az xəbər verir ki, görüş Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutub.
Görüşdə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi və “Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyinin sədrləri iştirak ediblər.
Qeyd edilib ki, bu gün gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biridir və gənclərlə bağlı aparılan siyasət dövlətçilik ənənələrinin qorunub saxlanılması, gənc nəsilə aşılanması, eləcə də dövlətimizin gələcəyi üçün zəruridir.
Vurğulanıb ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.
Tədbir əsnasında gənclər təşkilatlarınpn fəaliyyət istiqamətləri, cari layihələr, gələcəkdə keçirilməsi planlaşdırılan tədbirlər barədə danışılıb, həmçinin mümkün əməkdaşlıqlar müzakirə edilib.
Eyni zamanda digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.